"Real"ın müdafiəçisi Trent Aleksander-Arnoldun Çempionlar Liqasında "Marsel"lə matçda (2:1) aldığı zədə ilə bağlı təfərrüatlar açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti açıqlama yayıb.

 

İngilis müdafiəçi bu gün müayinədən keçib və ona sol ayağında bud əzələsinin zədələnməsi diaqnozu qoyulub.

 

"Real" futbolçunun sıraya nə vaxt dönəcəyi barədə açıqlama verməsə də, mətbuatda Trentin təxminən ay yarım yaşıl meydanlardan kənarda qalacağı haqda xəbərlər dolaşır.