"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Çempionlar Liqasının əsas mərhələsində qazanılan ilk qələbəyə görə klubu təbrik edib. Sport24.az-ın məlumatına görə, keçmiş müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşıb.

O, "Oyanırsan və "Qarabağ"ın Çempionlar Liqasında qalib gəldiyini görürsən. Qarabağlı qardaşlarıma böyük təbriklər! Əla nəticədir".

Qeyd edək ki, "Qarabağ" Portuqaliyada "Benfika" komandasını 3:2 hesabı ilə üstələyib.