"Bizim üçün yaxşı qarşılaşma oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.

Yarımmüdafiəçi Portuqaliyada "Benfika"ya qalib gəldikləri (3:2) Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Duyğularımı sözlə ifadə edə bilmirəm. Çox güclü rəqibə qarşı ağır görüş keçirdik. Artıq növbəti görüşlərə köklənməliyik".

Qeyd edək ki, "Qarabağ" II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.