"Real" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Çempionlar Liqasında dünən "Liverpul"la oyunda (0:2) zədələnən fransalı yarımmüdafiəçi 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Kamavinqa bu mövsüm 9 oyunda meydana çıxıb.