Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək. Sport24.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək.

 

"Bavariya" Münhendə "İnter"lə qarşılaşacaq. Görüşü isveçrəli referi Sandro Şerer idarə edəcək. 

 

Günün həyəcanla gözlənilən digər oyunu isə Londonda olacaq. "Arsenal" turnirin son çempionu "Real"ı sınağa çəkəcək. Matçı İrfan Pelto (Bosniya və Herseqovina) idarə edəcək. 

 

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 15 və 16 aprel tarixlərində keçiriləcək.

 

8 aprel

23:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) 

Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni, Lukas Fendriç (hamısı İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Pol van Bukel (Niderland)

 

23:00. "Arsenal" (İngiltərə) - "Real" (İspaniya)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)

VAR: Bastian Dankert (Almaniya)

AVAR: Kristian Dinqert (Almaniya)