"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında "Borussiya"ya məğlub olduqları 1/4 final oyununu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
"Oyundan məyus oldum. Komandamın çox şeyə qadir olduğunu bilirəm. Bunu bütün mövsüm sübut etdik. Davam etməliyik və yaxşı olduğumuz işi dayandırmamalıyıq.
Çempionlar Liqasını qazanmaq istəyirik, finala hələ bir addım var. İşimizdən zövq almalıyıq. Bütün yarışlarda iştirak edirik və buna görə fəxr etməliyik".
"Borussiya" ilk oyunda rəqibinə 0:4 hesabıyla uduzduğu üçün ümumi hesab 3:5 olub və "Barselona" mərhələ adlayıb.