Rahil Məmmədovun Polşa çempionatında debütü uğursuz olub. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi LKS səfərdə "Korona"ya uduzub.

 

Rahilin start heyətində yer aldığı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycanın yığmasının futbolçusu oyunu əvəz olunmadan başa vurub.

 

Qeyd edək ki, LKS 19 oyundan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.