"Barselona"nın futbolçusu Rafinya kumirləri ilə bağlı sualı cavablandırıb. Sport24.az "Barca Universal"-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, həmyerlilərinin adlarını çəkib:

 

"Neymar və Ronaldinyo. Bu iki oyunçu mənim üçün böyük ilham mənbəyi oldu. Etiraf edirəm ki, Ronaldinyonun oyunlarına çox baxmamışam, çünki onda hələ çox gənc idim. Ancaq videolar sayəsində matçları izləmişəm".

 

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 42 matçda meydana çıxıb, 27 qol vurub və 20 məhsuldar ötürmə verib.