"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu İlkay Gündoğanın klubdakı gələcəyi haqda danışıb. Sport24.az xəbər verir ki, o, 34 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə uzadılması üçün razılığa gəlindiyini təsdiqləyib:
"Gündoğanın daha bir illik müqaviləsi var. Yayda nə olacağını bilmirəm, amma indi onun müqaviləsi gələn ilin yayına qədərdir".
Qeyd edək ki, daha əvvəl mətbuatda İlkayın "şəhərlilər"lə 2026-cı ilin yayınadək müqavilə imzaladığı yazılmışdı. Premyer Liqanın cari mövsümündə Gündoğan 28 matçda 4 məhsuldar ötürmə verib.