"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola zədəli norveçli hücumçu Erlinq Haalandın yayda keçiriləcək Klublararası Dünya Çempionatında oynama ehtimalı ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı "City Xtra"ya danışıb:

 

"Ümid edirəm ki, o, Dünya Kubokundan əvvəl oynaya biləcək. Əminəm ki, o, İngiltərə kubokunda oynamaq istəyəcək. Bütün futbolçular həlledici matçda meydana çıxmaq barədə düşünür. Hər şey onun özünü necə hiss etməsindən və sağalmasından asılıdır".

 

Qeyd edək ki, 24 yaşlı norveçli hücumçu martda topuğundan zədə alıb. Erlinqin aprelin sonlarından məşqlərə başladığı bildirilir.