İspan mütəxəssis Xosep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsini uzatmasının səbəbi məlum olub. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

 

Qvardiolanın komandada qalması hazırkı durumda nəticələrin qeyri-qənaətbəxş olmasıdır. Belə ki, ispan mütəxəssis "Mançester Siti"ni zəif vəziyyətdə buraxmaq istəməyib. O, komandanı güclü mövqedə saxlamaq istəyir.

 

Qvardiola komandanın yenidən qurulmasına ehtiyac olduğuna inanır və bunun üçün bir neçə il lazımdır. O, bu səbəbdən müqaviləsini uzadıb.

 

"Mançester Siti" son 6 oyunda 5 dəfə uduzub. Komanda İngiltərə Premyer Liqasında 12 oyunda 23 xal toplayıb və üçüncü sıradadır.