Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ximki” ilə qarşılaşıb. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arsenal” geridə qalan 17 turda 19 xal toplayıb və 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.