İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda məlum olub. Sport24.az xəbər verir ki, B Seriyasında sona 5 tur qalmış 75 xalla lider olan "Sassuolo"nun elitaya yüksələcəyi dəqiqləşib.

 

Komanda üçüncü pillədəki "Spetsiya"nı 16 xal qabaqlayır. B Seriyasında ilk iki yeri tutan komanda bir başa elitaya yüksəlir. İkinci sırada isə 66 xalla "Pisa" qərarlaşıb.

 

"Sassuolo" ötən mövsümün sonunda elitanı tərk etmişdi.