“Valensiya” yeni transferə imza atıb. Sport24.az xəbər verir ki, Primero təmsilçisi İsveçrə millisinin üzvü Eray Comərtin keçidini rəsmən açıqlayıb.

Türk əsilli 23 yaşlı mərkəz müdafiəçisi “Bazel”dən “Valensiya”ya keçib. Onunla 2026-cı ilədək müqavilə imzalanıb.

Onu da bildirək ki, Comert cari mövsümdə 19 oyunda 1 qol vurub. Onun keçirdiyi matçlardan biri Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda qolsuz bərabərliklə nəticələnən görüş olub. Bakı Olimpiya Stadionundakı həmin oyunda start heyətində meydana çıxaraq 81-ci dəqiqədə əvəzlənən "Bazel"in "4 nömrə"si təmsilçimizlə ev matçında (3:0) meydana çıxmağa şans qazanmayıb.