"Qalatasaray" PSJ-nin rəhbərliyi ilə əlaqə saxlayaraq rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış idman jurnalsiti Süleyman Rodop X sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, mümkün sövdələşmənin təfərrüatları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Safonov 2024-cü ilin iyulunda Fransa klubu ilə müqavilə bağlayıb. Qolkiper Paris klubunun heyətində ölkə çempionuluğunun sevincini yaşamaqla yanaşı, Çempionlar Liqasının, Fransa kubokunun və Superkubokun qalibi, həmçinin klublararası dünya çempionatının gümüş mükafatçısı olub.