"Real"dan ayrılacağı gözlənilən Eduardo Kamavinqa karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə Fransa mətbuatı məlumat yayıb. İstanbul klubunun yaxın zamanda "Real"la danışıqlara başlayacağı bildirilir.

 

23 yaşlı futbolçu bu mövsüm La Liqada 29 oyuna çıxıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.