"Aston Villa"nın qapıçısı Emiliano Martines unikal göstəriciyə imza atıb. Sport24.az xəbər verir ki, Birmingem təmsilçisi ilə Avropa Liqasını qazanan qolkiper karyerasında yeddinci kuboku əldə edib.
Martines həm Argentina millisində, həm də klub karyerasında iştirak etdiyi yeddi finalın hər birini qazanıb.
O, İngiltərə Federasiya Kubokunun, Liqa Kubokunun, Amerika Kubokunun (2), Finalissimanı, dünya çempionatını və Avropa Liqasının qalibi olub.