"İnter" heyətində yay "transfer pəncərəsi"ndə ayrılıq yaşana bilər. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Yann Bissek "Bavariya"ya transfer oluna bilər.

Mənbənin sözlərinə görə, görə, 25 yaşlı müdafiəçi Almaniya nəhəngi "Bavariya"nın əsas transfer hədəflərindən birinə çevrilib. Münhen təmsilçisi müdafiəçinin transferi üçün ciddi addımlar atmağa hazırlaşır.

Xatırladaq ki, Bissek yaxın zamanda menecer şirkətini dəyişib. İtaliya mediası bunu futbolçunun mümkün transferi ilə əlaqələndirir. "İnter"in alman müdafiəçi üçün təxminən 40 milyon avro tələb edə biləcəyi qeyd olunub.