UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq "Qalatasaray" - "Liverpul" matçının hakimlər briqadası müəyyənləşib. Sport24.az xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, qarşılaşmanı İspaniya Futbol Federasiyasından Xesus Xil Mansano idarə edəcək.
Təcrübəli baş hakimə həmvətənləri Anxel Nevado və Quadalupe Porras Ayuso kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını Xuan Martines Munuera yerinə yetirəcək. Görüşün VAR hakimi Qilyermo Kuadra Fernandes, onun köməkçisi (AVAR) isə Valentin Qomes olacaq.
Qeyd edək ki, matçın start fiti martın 10-da Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.