"Qalatasaray" hüquqları "Milan"a məxsus olan, icarə əsasında İstanbul klubunun formasını geyinən hücumçu Alvaro Morata ilə müqaviləyə xitam verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Hücumçu vaxtından əvvəl "Qalatasaray"ı tərk etdtməsi səbəbindən "Milan" Türkiyə komandasına 5 milyon avro cərimə ödəyəcək.

 

"Football İtalia"yanın verdiyi məlumata görə, Morata bir ay əvvəl ortaq məxrəcə gəldiyi "Komo"ya keçəcək.