"Qalatasaray" müdafiəçisi Karlos Kuestanı icarəyə verib. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

 

26 yaşlı müdafiəçi 2026-cı il yanvarın 1-dək "Vasko Da Qama"nın formasını geyinəcək. Müqavilənin dəyəri 750 min avrodur.

 

Bundan əlavə, icarə müddəti bir il də uzadıla bilər. O zaman ümumi məbləğ 2,25 milyon avro olacaq.

 

Qeyd edək ki, iki klub arasında əldə olunan razılığa əsasən, Braziliya klubu Karlos Kuestanı 5,75 milyon avroya birdəfəlik ala da bilər.