"Fənərbaxça"da daha bir ayrılıq yaşanıb. Sport24.az xəbər verir ki, İstanbul klubunun yarımmüdafiəçisi Sofyan Amrabat icarə əsasında La Liqa təmsilçisi "Betis"lə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, bu gün İstanbul klubu daha bir neçə futbolçusu ilə də yollarını ayırıb. Bunların arasında icarə əsasında "Komo"ya transfer olunan Dieqo Karlos və "Əl-Hilal"a 22 milyon avroya satılan Yusuf Akçiçek var.