Avropada futbol klublarının yeni reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, siyahını "Eurotopteam" portalı tərtib edib.

395 klubun olduğu cədvələ Azərbaycanın dörd təmsilçisi düşə bilib.

"Qarabağ"ın mövqeyi dəyişməz qalıb. Azərbaycan çempionu 273 xalla 60-cıdır.

Daha dörd pillə geriləyən "Zirə" (26 xal) 227-ci sıraya düşüb. "Sabah" 298-ci yerdən 299-a, "Neftçi" 318-dən 323-cü yerədək geriləyib.

Qeyd edək ki, siyahıya İspaniya təmsilçisi "Real" (2161 xal) başçılıq edir.