PSJ-nin qapıçısı Canluici Donnarumma "Mançester Siti"nin futbolçusu olub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı italiyalı ilə 5 mövsümlük - 2030-cu ilə qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. O, 161 oyun keçirib 156 qol buraxıb. Parislilərin tərkibində qapıçı 4 dəfə Fransa çempionu olub, iki dəfə Fransa kubokunu və üç dəfə Superkubokunu qazanıb. Ötən mövsüm komanda Çempionlar Liqasının qalibi olub.