UEFA "Neftçi" klubuna xəbərdarlıq edib. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub.

Buna qadınlardan ibarət komandanın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Fomget"lə (Türkiyə) oyunda etdiyi səhv səbəb olub. "Ağ-qaralar" yarışın əsasnaməsinin 7.07-ci maddəsinə əməl etməyiblər.

Burada isə göstərilir ki, hər oyundan əvvəl klublar tələb olunan məlumatları UEFA-nın TIME platformasına daxil etməlidirlər.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada təşkil olunan "Fomget" - "Neftçi" matçı Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.