"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç "Jirona"ya icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı xorvatiyalı ilə icarə müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.
Qeyd edək ki, Livakoviç 2024/25 mövsümündə 32 oyunda meydana çıxıb və 38 qol buraxıb. 9 matçda isə qapısını toxunulmaz saxlayıb.