Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İspaniyada "Barselona" ilə PSJ üz-üzə gəlib. Fransalılar ev məğlubiyyətinin əvəzini çıxmağı bacarıblar. "Barselona" cavab matçında hesabı açsa da, Arauxonun qırmızı vərəqə alması planları pozub. 4 qol vuran PSJ yarımfinala yüksəlib.

Digər qarşılaşma Dortmundda təşkil olunub. "Borussiya" səfərdə uduzduğu "Atletiko"dan revanş alıb. "Sarı-qaralar" 4:2 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, digər iki yarımfinalçı bu gün bəlli olacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
16 aprel

23:00. "Barselona" – PSJ - 1:4
Qollar: 
Rafinya, 12 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61 (pen.); 89
İlk oyun – 3:2

23:00. "Borussiya" D – "Atletiko" - 4:2
Qollar: Brandt, 34. Maatsen, 39. Fullkruq, 71. Sabitzer, 74 - Hummels, 49 (öz qapısına). Korrea, 64
İlk oyun – 1:2