İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Çempionlar Liqasının yarımfinal mərhələsinin "Arsenal" – PSJ oyunu (0:1) haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, keçmiş hücumçu "BBC Sport"a açıqlamasında matç haqda bunları deyib:
"PSJ oyunu azı 2-3 top fərqi ilə qazana bilərdi. "Arsenal"ın oyunu məni bir qədər məyus etdi, azarkeşləri də. Onlar ruhdan düşmüşdülər. Ancaq əvvəldən elə görünürdü ki, onlar "Real"ı məğlub edibsə, PSJ səddini də aşacaq".
"Arsenal" ilə PSJ arasında cavab görüşü mayın 7-də olacaq.