"Sevilya"nın müdafiəçisi Tanqu Nianzu "Lill"ə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər bir mövsüm də seçim şərti ilə iki illik müqavilə imzalayıblar.
Nianzu əvvəllər də Fransa çempionatında çıxış edib. Futbolçu 2019/20 mövsümündə PSJ-nin formasını geyinib.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm "Sevilya"nın heyətində cəmi 12 oyunda meydana çıxıb.