Canluici Donnarummanın PSJ-dəki gələcəyi şübhə altındadır. Sport24.az "Le Parisien"ə istinadən xəbər verir ki, onun 2026-cı ildə başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.
Bütün bunların fonunda parislilər 40 milyon avroya "Lill"dən Lyuk Şevalyeni transfer etməyi düşünürlər.
PSJ Avropa Superkubokunda qarşılaşacağı "Tottenhem"lə oyuna qədər (13 avqust) bu məsələni həll etmək istəyir.
İldə təxminən 10 milyon avro qazanan Donnarumma artıq "Qalatasaray"ın təklifini rədd edib və Premyer Liqa klublarından xəbər gözləyir.
İtaliyalıya iddialılar arasında "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" də var. Yüksək maaş gözləntilərinə görə isə qapıçının İtaliyaya qayıtması mümkünsüz görünür.
Qeyd edək ki, Canluici 2024/2025 mövsümündə bütün turnirlərdə 47 oyun keçirib və 43 qol buraxıb.