"Vulverhempton"un keçmiş baş məşqçisi Vitor Pereyra "Nottinqem Forest"lə ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər müqavilənin detallarını dəqiqləşdirirlər. 57 yaşlı portuqaliyalı mütəxəssis Premyer Liqa tarixində rekord sayda - bir mövsümdə "Forest"in dördüncü baş məşqçisi olacaq.
Qeyd edək ki, "Nottingem Forest" fevralın 11-də Şon Dayç ilə yolları ayırıb. Yayılan xəbərlərə görə, Pereyra klub rəhbərliyinin Dayçeni əvəz etmək üçün nəzərdən keçirdiyi yeganə namizəd olub.