Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçiriləcək. Sport24.az xəbər verir ki, günün yeganə oyununda UNEC "Murov Az Terminal"ı qonaq edəcək.
UNEC-in idman zalında baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Hesabat həftəsi çərçivəsində ötün gün keçilən görüşlərdə "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.