"Barselonanın baş məşqçisi Hans Flik "Atletiko"ya qarşı Kral Kubokunun yarımfinalının ilk oyununda 0:4 hesablı ağır məğlubiyyəti şərh edib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis matçdan sonra verdiyi açıqlamada xüsusilə ilk hissədəki çıxışdan narazı qaldığını bildirib.

"İlk hissədə yaxşı oynamadıq, komanda kimi çıxış etmədik. Aramızdakı fərq çox böyük idi. Pressinq yox idi. İlk 45 dəqiqə bizim üçün böyük dərs oldu.

Flik məğlubiyyətə baxmayaraq, komandadan məyus olmadığını vurğulayıb:

"Komandadan məyus deyiləm. Mövsümdən razıyam. Çoxlu zədələr yaşadıq. Uduzmaq futbolun bir hissəsidir. Bu, ağrılı məğlubiyyət idi, amma komandamla qürur duyuram. Bundan dərs çıxarmalıyıq. Rəqib qol vurmağa daha istəkli idi, mən də bunu istəyirəm. İlk hissədə bunu bacarmadıq. Komanda cavandır və mən bəhanə axtarmıram".

Sonda alman mütəxəssis geri dönüş ümidini itirmədiklərini bildirib:

"Ən pis oyun "İnter"ə qarşı idi. İndi isə geri dönmək şansımız var. Asan olmayacaq, amma cəhd edəcəyik".