Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XVII turun növbəti oyunları baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk matçında Gəncədə A qrupunda yer alan komandalar qarşılaşacaq.

 

Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq görüşdə şəhərin eyniadlı komandası "Abşeron Lions"u qonaq edəcək. Oyunun start fiti saat 17:00-da səslənəcək. 

 

B qrupunda yer alan "Ordu" isə "Quba" ilə münasibətləri aydınlaşdıracaq. Bu oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.

 

Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

 

Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.