Braziliya Futbol Konfederasiyası baş məşqçi Karlo Ançelotti ilə yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb.

 

Braziliya Konfederasiyası Ançelotti ilə dörd illik yeni sözləşmə imzalamağı düşünür. Sənədlər hələ rəsmi olaraq təsdiqlənməyib, lakin ən qısa zamanda hər iki tərəf yeni anlşamanı rəsmiləşdirəcək.

 

Ançelotti hazırda Braziliya milli komandasında ildə təxminən 10 milyon avro qazanır.

 

Qeyd edək ki, italyan mütəxəssis 2025-ci ilin mayından Braziliya millisinin "sükanı arxasındadır". Komanda onun rəhbərliyi alında indiyə qədər səkkiz oyunda (4 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) meydana çıxıb.