ABŞ-ın "Kolombus Kru" klubuna keçən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin karyerasını Avropada da davam etdirmək ehtimalı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Hətta "köhnə qitə" təmsilçiləri 21 yaşlı hücumçu üçün "Qarabağ"a da müraciət ediblər. Lakin onların təklifləri Ağdam klubunu razı salmayıb.

Sözügedən klublar Avropanın daha aşağı səviyyəli çempionatında çıxış etdiyi üçün Nəriman Axundzadə özü də bu keçidə müsbət yanaşmayıb. Həmçinin onların təklif etdikləri maaş da oyunçunu razı salmayıb.

Yekunda, forvard bir müddət davam edən danışıqların yekununda "Kolombus Kru" ilə anlaşıb.

Qeyd edək ki, "Kolombus Kru" Nərimanla 2029-cu ilin iyununadək nəzərdə tutulan müqavilə imzalayıb.