PSJ və Portuqaliya millisinin üzvü Vitinya "Real"a transferi ilə bağlı yayılan iddialara münasibət bildirib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Canal 11" kanalına açıqlama verib:

"PSJ-dən ayrılmağım axmaqlıq olardı. Burada fantastik layihə, güclü heyət və yüksək səviyyəli baş məşqçi var. Düşünmürəm ki, hazırda "Real"a keçid mənim üçün ən doğru addım olar. PSJ-də özümü çox yaxşı hiss edirəm".

Qeyd edək ki, Vitinya bu mövsüm Psj-nin heyətində 36 rəsmi matçda 6 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.