Joan Laporta yenidən klub prezidenti seçilməsə, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubdan gedə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media səhifəsində paylaşım edib.

 

Mənbənin sözlərinə görə, alman məşqçi "Barselona" ilə müqaviləsini uzatmaqda maraqlıdır. Flik şəhəri, klubu və azarkeşləri sevir. Lakin məşqçi gələcəyini Joan Laportanın Kataloniya klubundakı mövqeyinə bağlayır və komandanın strategiyasını onunla birlikdə formalaşdırmaq istəyir.

 

Laporta 15 martda yenidən "Barselona"nın prezidenti seçilməsə, Flikin klubdan getməsi ya yayda, ya da 2027-ci ildə müqaviləsi bitdikdən sonra mümkündür.

 

Qeyd edək ki, "Barselona" 26 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir və "Real"dan dörd xal öndədir.