Mərakeş millisinin yeni məşqçisi müəyyənləşib. Sport24.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Vəlid Reqrarinin gedişindən sonra boş qalan post Məhəmməd Uabbiyə tapşırılacaq.

 

Mənbənin sözlərinə görə, istefa verən məşqçi ötən həftə müqaviləsini rəsmi ləğv etmək üçün Mərakeşə gəlib. Ötən ilin oktyabrında Mərakeşin gənclər millisinə dünya çempionluğu qazandıran Uabbi karyerasında ilk dəfə əsas yığmanın "sükanı arxasına" keçəcək. 

 

Bu arada isə məlum olub ki, federasiyanın baş məşqçi ilə bağlı planı başqa olub. Uabbidən əvvəl "Marsel"in keçmiş məşqçisi Xorxe Sampaoli ilə şifahi razılıq əldə edilib. Sənədlər tam hazır olsa da, argentinalı məşqçi ilə müqavilə son anda baş tutmayıb.