Ağ Evdə MLS çempionu "İnter Mayami"ni qəbul edən ABŞ prezidenti Donald Tramp argentinalı ulduz futbolçu Lionel Messini əfsanəvi braziliyalı hücumçu Pele ilə müqayisə edib: Sport24.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi sosial media hesabı paylaşım edib:
"Lionel Messini Ağ Evdə qarşılayan ilk ABŞ prezidenti olduğum üçün qürur duyuram! Lionel, oğlum sizin azarkeşinizdir. O, sizi həqiqətən də əla insan hesab edir. Gəldiyiniz üçün təşəkkür edirəm! Düşünürəm ki, komandadakı bütün oyunçular arasında Messi ən çox təzyiq altında olandı. Çünki ondan həmişə qalib gəlməsi gözlənili. O, yenidən əsl çempion olduğunu sübut etdi və ABŞ-da titul qazandı. Deyirlər ki, Pele əla futbolçu idi. Deyin görək, kim daha yaxşıdır: Pele, yoxsa Messi? Düşünürəm ki, Messi daha yaxşıdır".
Qeyd edək ki, 2022-ci ildə 82 yaşında vəfat edən Pele Braziliya ilə üç dəfə dünya çempionu olub. 38 yaşlı Lionel Messi 2022-ci il dünya çempionu, 2014-cü ildə isə mundialın gümüş medalını qazanaıb.