Bu gün I Liqada 17-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə 2 matç baş tutacaq.
"Cəbrayıl" "Səbail"i, MOİK isə "Difai"ni qonaq edir. Hər iki görüşün start fiti saat 15:00-da səslənəcək.
Qeyd edək ki, turun yekunlaşan görüşlərində "Mingəçevir" səfərdə "Baku Sportinq"ə (1:0), "Şəfa" öz meydanında "Şahdağ Qusar"a (2:1) qalib gəlib. "Zaqatala" - "Şimal" matçı isə (3:4) autsayderin qələbəsi ilə başa çatıb.
Hazırda aktivində 37 xal olan "Şəfa" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Baku Sportinq" 33 xalla ikinci, "Mingəçevir" isə 32 xalla üçüncüdür.
I Liqa
XVII tur
6 mart (cümə)
15:00. "Cəbrayıl" – "Səbail"
Hakimlər: Şamil İmanzadə, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Namiq Bəkirov
Şamaxı. OİK stadionu.
15:00. MOİK – "Difai"
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov
Binə. Qəsəbə stadionu.