"Futbol yalnız meydanda oynanan oyun deyil. Futbol həm də paylaşmaq, qayğı göstərmək və birlik olmaqdır". Sport24.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın icraçı direktoru Elvin Əjdərli sosial şəbəkə hesabında yazıb.
Klub rəsmisi Mingəçevir şəhərində yerləşən uşaq nevroloji sanatoriyasını ziyarət etdiklərini bildirib:
"Balaca dostlarımızla vaxt keçirdik, onların sevincinə ortaq olduq. Bir daha gördük ki, ən böyük qələbə kimisə sevindirməkdir.İndi isə bu gözəl təşəbbüsün davam etməsini istəyirik və sosial estafeti növbəti kluba ötürürük. Biz "Turan Tovuz" futbol klubunu bu estafetə qoşulmağa dəvət edirik. Onlar da uşaq evini ziyarət edib bu estafeti başqa kluba ötürsünlər.
Qoy bu estafet bütün Premyer Liqanı dolaşsın (AFFA və Peşəkar Futbol Liqası) və birlikdə daha çox uşağın üzündə təbəssüm yaradaq. Çünki futbol sadəcə oyun deyil – futbol həyatdır".

