Martın sonlarında Bakıda "FIFA Series - 2026" beynəlxalq turniri keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı yarışda Syerra-Leone, Oman və Sent Lusiya yığmaları da mübarizə aparmalıdırlar.

Lakin Oman Bakıya gəlməmək təhlükəsi ilə üz-üzədir. Buna isə Yaxın Şərqdə baş verən hadisələr səbəbdir. İran Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz Ərəb ölkələrini də hədəfə almışdı. Hətta sözügedən ölkələrdə təyyarə səfərləri də dayandırılıb.

Qeyd edək ki, Oman martın 27-də "Liv Bona Dea Arena"da Syerra-Leone kollektivi ilə qarşılaşmalıdır.