İspaniya və "Barselona"nın keçmiş ulduzu Andres İnyesta Mərakeş milli komandasının yeni idman direktoru təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə Kral Mərakeş Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Bu təyinat komandanın doğma meydanda keçiriləcək 2030-cu il dünya çempionatına hazırlığının bir hissəsi kimi dəyərləndirilir. 

 

Qeyd edək ki, dünən Mərakeş millsinə yeni baş məşqçi təyin olunub. Yığmanı Çilidə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempion edən Məhəmməd Uabi "Atlas şirlər"inin "sükanı arxasına" keçib.