"Real" aparıcı hücumçusu Kilian Mbappe diz ağrısı ilə bağlı Fransada təkrar müayinədən keçib. Sport24.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispan həkimləri tərəfindən ilkin diaqnoz təsdiqlənib. Hücumçunun dizində problem var. 

 

Bu isə o deməkdir ki, hazırda Kilianın Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə ilk oyununu buraxmaq ehtimalı yüksəkdir.

 

Qeyd edək ki, "Real"ın "Mançester Siti" arasında ilk görüş martın 12-də Madriddə baş tutacaq.