"Şəfa"ya uğurlar arzu edirəm. Mənim doğma klubumdur. Klubun aşağı yaş qruplarında çıxış etmişəm. Prezident kimi də kluba töhfəmi vermişəm. Sadəcə olaraq, klub rəhbərliyi ilə aramızda fikir ayrılığı oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın keçmiş prezidentdi Sərdar Salmanzadə deyib.

O, rəhbərlikdən ayrılması ilə bağlı qərarı şərh edib:

"Şəfa"nın rəhbəri mənim xalamoğludur, heç bir konfilit yoxdur, qardaş kimiyik. İkimiz də bir-birimizin uğurlarına sevinirik. Ayrılmaq qərarı mənə məxsusdur. Müzakirə etdik, ortaq məxrəcə gəlib, halallaşdıq. Mənim digər layihələrim olduğu üçün düşündüm ki, vaxtımı miqyası daha böyük olan layihələrə ayırım. Yenə məsləhətləşmələr olur. Çalışırıq "Şəfa" uğurlu olsun. Fikir ayrılığı sırf inkişaf və strategiya ilə bağlıdır. Bunu zaman göstərəcək. Ola bilər mən seçdiyim inkişaf proqramı ümidləri doğrultmasın. "Şəfa"nın son uğurlarında hər birimizin zəhməti var".

Qeyd edək ki, "Şəfa" 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.