Mövsümün sonunda "Turan Tovuz"dan ayrılacaq iki futbolçu dəqiqləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Qərb təmsilçisi Xəyal Nəcəfov və Fərid Yusifli ilə yola davam etmək niyyətində deyil.
Hər iki oyunçu baş məşqçi Kurban Berdıyevin etimadını qazana bilməyib. Yusifli cari mövsüm cəmi yeddi matçda (227 dəqiqə), Nəcəfov isə 10 qarşılaşmada (320 dəqiqə) meydanda olublar. Yarımmüdafiəçilər bu müddət ərzində nə qol, nə də məhsuldar ötürmə müəllifidir.
Nəcəfovun sözləşməsi yayda bitir. Yusiflinin müqaviləsi ilə 2027-ci ilin iyununadək qüvvədədir. "Turan Tovuz" müqaviləyə vaxtından əvvəl xitam verə bilməsə, futbolçunun icarəyə göndərilmə ehtimalı da var.