"Yuventus"dan ayrılan Pol Poqba karyerasını ABŞ-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, fransalı yarımmüdafiəçi MLS təmsilçisi "Di Si Yunayted"lə danışıq aparır.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Poqbanın son klubu "Yuventus" olub. O, daha əvvəl "Mançester Yunayted"də çıxış edib.