Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Barselona" "İnter"i qəbul edəcək. Sport24.az xəbər verir ki, İtaliya komandası matça üç məğlubiyyət seriyası ilə girəcək.
Bu, 13 ildən artıqdır ki, "Nerazzurrilər"in başına gəlməyən bir şeydir. Lakin "Barselona"nın baş məşqçisi Hans-Diter Flik buna o qədər də önəm vermir:
"İnter"ə üç məğlubiyyət? Bu fərqlidir. Çempionlar Liqası çempionluq üçün əla fürsətdir. Finala cəmi iki qarşılaşma qalıb. Hər kəs əlindən gələni edəcək, keçmiş matçların əhəmiyyəti yoxdur. "İnter"in nəticələri barədə düşünmürəm, çünki bu, mənim işim deyil. Oyunçularımın əllərindən gələni etmələrinə əminəm".
"Barselona" – "İnter" matçı aprelin 30-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.