"Aston Villa"nın heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, hücumçu Markus Reşford bud nahiyəsindən zədələnib.
Komandanın baş məşqçisi Unay Emeri "The Atletic"ə açıqlamasında 27 yaşlı oyunçunun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyini deyib.
Qeyd edək ki, "Aston Villa" Markus Reşfordu bu ilin fevral ayında "Mançester Yunayted"dən icarəyə götürüb. O, bu müddətdə 17 oyuna 10 qol vurub.